Faktorinq daxili və xarici ticarət proseslərində tətbiq olunan, xüsusən qısa müddətli maliyyə etiyaclarını qarşılamaq üçün istifadə olunan bir kredit alətidir. Faktorinq xidmətinə müraciət edən tərəf Müştəri və ya Satıcı, ödənişləri ödəyən tərəf Borclu və ya Alıcı, faktorinq xidmətini təqdim edən tərəf isə Faktor adlandırılır.
Bildiyiniz kimi, satıcı və alıcının ticarətdə müəyyən gözləntiləri vardır. Satıcının məqsədi məhsulu sürətli və nağd şəkildə satmaqdır. Alıcının əsas məqsədi isə keyfiyyətli məhsul əldə etmək, ödənişini isə hissə-hissə ödəməkdir. Başqa bir sözlə, alıcının əsas məqsədi alınan malı satıb pula çevirdikdən sonra satıcının ödənişini etməkdir. Alıcı məhsulu alıb ödənişi daha sonra ödəmək istəyərsə və satıcı bu məhsulun pulunu İstehsalçıya dərhal ödəməli olarsa, hər iki tərəfin gözləntisini qarşılaya biləcək tək bir sistem var ki, o da Faktorinqdir. Məhsul satışı həyata keçdikdən sonra satıcının pulunu “Tələb etmə hüququ”, alıcının isə ödənişini “Ödəmə öhdəliyi” yaranır. Satıcının yaranmış bu tələbini faktorinq şirkətinə ötürməsinə və ya güzəştinə Faktorinq deyilir.
Faktorinqin 3 əsas funksiyası vardır:
Zəmanət: Faktor şirkət tərəfindən Satıcıya, Alıcının ödənişini vaxtında ödəməsinə zəmanət verməsidir.
Yığım: Faktor şirkət tərəfindən Alıcının Satıcı qarşısında olan alacaqlarını toplaması xidmətidir.
Maliyyə: Faktor tərəfindən Satıcının vaxtından əvvəl nağd pul ehtiyacının qarşılanmasıdır.
Faktorinqdə istifadə edilən əsas terminlərin açıqlamaları:
Tam Faktorinq - Faktor tərəfindən satıcıya bütün faktorinq xidmətlərinin verilməsi.
Reqres - Təsdiqlənməmiş alacaqların borclu tərəfindən ödənilmədiyi halda faktorun məbləği satıcıya geri qaytarması.
Komissiyalı Faktorinq - Güzəşt olunan alacaq miqdarı üzərindən hesablanaraq faktora ödənilən xidmət haqqı.
Faktorinq Limiti - Faktorun borclunun ödənişdə çətinlik riskinə qarşı satıcının alacaqlarının təminat altına alındığı üst məbləğ.
Beynəlxalq Faktorinq - Satıcı, borclu və faktorun eyni ölkədə olmadığı faktorinq əməliyyatı.
Müxbir Faktor - İki faktorlu sistemdə faktorlardan birinə xidmət edən digər üçüncü tərəf Faktorinq Qurumu.
İxrac Faktoru - Əsasən satıcının ölkəsində olan və satıcı ilə münasibətlərdən məsul olan faktor.
İdxal Faktoru - Əsəsən borclunun ölkəsində olan və borclu adına təminat verərək edilən əməliyyat üzrə məsul olan faktor.
Zəncirvari Faktorinq - Hər hansı bir müştəriyə verilən faktorinq təminatına əsasən, borclunun satışlarından yaranan alacaqların da faktorinq əməliyyatına daxil edilməsi.