Faktorinq xidməti şirkətlərə alacaqlarını vaxtından əvvəl təmin etməklə nağd pul ehtiyaclarını qarşılayır.
Faktorinq şirkəti alacaqları təqib edərək sahibkarları vaxt və əlavə işçi xərcindən azad edir.
Faktorinq şirkəti sahibkarların kredit riskini öz üzərinə götürərək ödənişləri sığortalayır.
Sahibkar faktorinq şirkətinə müraciət edərək məhsullarının nisyə ödənişlə satışını həyata
keçirmək istədiyini bildirir.
Tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun faktorinq müqaviləsi bağlanır.
Alıcı məhsulu nisyə ödənişlə əldə etmək üçün faktorinq şirkətinin partnyoru olan şirkətə yaxınlaşır.
Ödəmə qabiliyyəti təsdiq olunmuş alıcı faktorinq xidmətindən yararlanmış olur.
Faktorinq şirkəti alqı-satqı sənədlərinə əsasən satış məbləğinin 100%-ni sahibkarın hesabına ödəyir.
Alıcı alqı-satqı müqaviləsindəki qrafikə əsasən ödənişlərini faktorinq şirkətinə ödəyir.