25.08.2022

Likvidlik nədir və niyə önəmlidir?

     İstənilən biznes üçün nağd pul vəsaiti çox önəmlidir. Likvidlik də elə məhz nağd pul haqqında əsas anlayışlardan biridir. Likvidlik göstəricisi nə qədər yüksəkdirsə, biznesiniz də bir o qədər güvəndədir. Başqa sözlə desək, əgər nağd vəsait varsa, deməli biznesiniz də “azaddır”. Beləcə siz biznesinizi istədiyiniz kimi böyüdə, məhsul və ya xidmətlərinizin sayını istədiyiniz kimi artıra, rəqiblərinizi qabaqlaya bilərsiniz. Bu anlayışa isə təkcə nağd pul deyil, həm də sizin aktiv yatırımlarınız daxildir. Biznesinizi analiz edərkən əldə nağd pul vəsaiti olmasa belə, yenə də sahib olduğunuz digər bir yatırımı nağd pula çevirə bilərsiniz. Təbii ki, bu anlayışda nağd pul əsas, geri qalan aktivlər isə ikinci dərəcəli varlıqlardır. Likvid olan aktivlər aşağıdakı kimidir:

  • Pul;
  • Alacaqlar;
  • İnvertar.

     Likvid olmayan aktivlər isə:

  • Avadanlıq;
  • Daşınmaz əmlak olaraq qeyd edilə bilər.

     Bir sözlə, nağd pul şahdır. Likvidlik anlayışı haqqında təsəvvürümüz yarandısa, artıq biz onun niyə bu qədər vacib meyar olduğuna nəzər yetirə bilərik. Ümumi desək, bu meyar biznesinizin inkişafını, perspektivini, gələcək potensialını ölçür. Banklar, investorlar, birgə çalışdığınız digər qurumlar və hətta rəqiblərinizlə olan münasibətlərinizi belə bu meyarla ölçüb müəyyən bir nəticəyə gələ bilərsiniz.

     Banklar və investorlar üçün əsasdır. İnvestor investisiya etməzdən əvvəl aktivlərin (biznesin) likvidliyinə və potensial qazanclarına baxır. Bu, investorlar üçün çox vacibdir. Qiymətlər aşağı olduğu vaxtda likvid aktivlər investorlara yenidən investisiya etmək üçün müxtəlif ehtimalları göstərir. Həmçinin, investisiya risklərini azaltmaq üçün onlar bazar fəaliyyətinə sürətli reaksiya verə bilirlər. İnvestorlar daha çox aktivləri nağda çevirmək tərəfindən yanaşırlar.

     Pis günün dostu. Likvidlik fövqəladə hallarda sizə kömək edir. “Kennon-Green & Co.”nun icraçı direktoru Coşua Kennonun dediklərinə baxaq:

“Xalis dəyərinizin ən azı bir hissəsi likvid aktivlərdə saxlanmalıdır. Bunun bir əsas işi var: likvidlik lazım olduğu anda orada olmalıdır.”

     Biznesinizin likvidliyini artırmaq üçün nağd pul çatışmazlığı olanda tez bir zamanda satılacaq digər aktivlərin nə olduğunu bilməlisiniz. Ləğv edilmiş ehtiyatlar, yığılmış debitor borcları, satılan ehtiyatlar və istifadə olunmamış, geri qaytarılmış tədarük pul vəsaitlərini artırmaq üçün sərfəli yollardır. Şirkətinizin xərcləri ilə bağlı qərarlar qəbul etmək üçün likvidliyi yaxından izləmək vacibdir. Nisbətlərinizi dəqiqləşdirin və nağd pul yaratmağınıza kömək edəcək müxtəlif növ perspektivləri axtarın. Yalnız ehtiyac olduqda maliyyələşdirmə üçün müraciət edin.

     Kredit almaq üçün önəmlidir. Əgər kredit almaq istəyirsinizsə, likvidlik biznesiniz üçün çox vacibdir. Kiçik biznesin likvidlik nisbəti potensial investorlara və kreditorlara şirkətinizin sabit və dayanıqlı olduğunu, həmçinin istənilən çətin dövrlərlə mübarizə aparmaq üçün kifayət qədər aktivlərə malik olduğunu göstərir. Kredit və maliyyələşmə kiçik biznesə kreditləri ödəməyə, inventar almağa və əmək haqqını saxlamağa kömək edir. Bir sıra kiçik biznes sahibləri kredit götürməyin riskli olduğunu düşünsələr də, kreditlərinizi rahat şəkildə qaytara bildiyinizə əmin olmağın yolları var. Sadəcə bir az araşdırma aparmalı və yalnız ehtiyacınız olan qədər kredit götürməlisiniz.

     Sizə özəl həllər. Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Capital” hər zaman sahibkarların yanındadır. Biz faktorinq xidməti ilə biznesinizi böyütməyə və dayanıqlı inkişaf tempinizi saxlamağa kömək edirik. Faktorinq xidmətindən istifadə etmək üçün sadəcə müraciət etməyiniz kifayətdir. Müraciət edin, dəyərləndirək, razılaşaq. Gəlin birlikdə böyüyək. Siz də şirkətinizin alacaqlarını Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan "Ferrum Capital"la nağd pula çevirə və xalis dövriyyə kapitalınızı artıra bilərsiniz.

İstənilən biznes üçün nağd pul vəsaiti çox önəmlidir. Likvidlik də elə məhz nağd pul haqqında əsas anlayışlardan biridir.

Resurslar

Kəşf et