Maliyyələşmə startapların qarşılaşdığı ən böyük problemlərdən biridir. Bu həm startapların gündəlik əməliyyatları, həm də böyüməsi üçün həyati əhəmiyyət daşıyır. Beləcə, startaplar maliyyə kapitalı ilə aktivlərini, invertarlarını və biznesə lazım olacaq digər komponentləri vaxtında əldə edə bilirlər. Bu isə startapın qarşılaşdığı problemləri tez həll etməyə kömək edir. Bəs startaplar maliyyə vəsaitini hansı yollarla əldə edə bilirlər? Maliyyə problemi ilə qarşılaşdıqda startapların qarşısında bir neçə seçim durur:
- Banklar. Bankların xüsusi kredit təklifləri kiçik bizneslərin maliyyələşməsi üçün geniş istifadə olunan metodlardan biridir. Lakin startapların bu kreditlərdən faydalanması heç də o qədər asan olmur. Çünki banklar bizneslərə kredit ayırarkən məbləği şirkət göstəriciləri və kredit tarixçəsi əsasında müəyyən edirlər. Startaplar isə biznes mühitinə yeni qoşulduqları üçün tələb olunan şərtləri qarşılaya bilmirlər. Çox vaxt bu kredit, biznes sahibinin öz şəxsi əmlakını girov qoyması halında verilir. Bu isə həm maliyyə riskini artırır, həm də şəxsi aktivin əriməsi riskini özündə ehtiva edir.
- İnvestorlar. Digər bir seçim isə investorlardan sərmaye almaqdır. Bu isə startaplar üçün adətən çətindir. Startaplar riskli yatırım olduğundan, investorlar startaplara sərmaye ayırarkən çox ehtiyatlı davranırlar. Digər bir səbəb isə investorların yatırımlarından dərhal və böyük geri dönüşlər gözləməsidir. Bundan əlavə, investorlar bəzən sözügedən məbləği birdəfəyə ödəmir və biznesin gedişatında kritik qərarlara müdaxilə edirlər. Doğru anda lazım olan maliyyə təmin edilməyəndə biznes böyüyə bilmir.
- Faktorinq. Digər daha az bilinən seçim isə faktorinqdir. Bəzi startaplar olduğu biznesin təbiəti etibarilə məhsulunu satsa belə, ödənişi daha sonra alırlar. Aradakı bu boşluq bəzən maliyyə problemlərinin başlıca səbəblərindən biri olur. Eyni problem “B2B” fəaliyyət göstərən bizneslərdə də müşahidə olunur. Bu zaman startaplar (və ya B2B bizneslər) faktorinq şirkətlərinə müştərilərinin onlara olan borclarını "sata" bilərlər. Bu zaman faktorinq şirkəti müştərinin startapa olan borcunu ödəyir və müştəri borcunu artıq faktorinq şirkətinə ödəyir. Beləliklə, startap 30, 60, 90 gün və ya daha uzun müddətdə alacağı pulu dərhal alır.
Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Capital” hər zaman startapların yanındadır. Biz faktorinq xidməti ilə biznesinizi böyütməyə və dayanıqlı inkişaf tempinizi saxlamağa kömək edirik. Faktorinq xidmətindən istifadə etmək üçün sadəcə müraciət etməyiniz kifayətdir. Müraciət edin, dəyərləndirək, razılaşaq. Gəlin birlikdə böyüyək.