29.08.2022

“Ferrum Capital” 2,5 milyon AZN məbləğində istiqrazların emissiyasını planlaşdırır.

Azərbaycanda faktorinq bazarında liderlərdən biri olan “Ferrum Capital” MMC 2,5 milyon manat məblğində istiqrazların emissiyasını planlaşdırır. 

"FED.az" xəbər verir ki, emissiyaya bir qiymətli kağız ünün nominalı 1 min manat olan 2,5 min təmin olunmamış istiqrazlar daxildir.

Yerləşdirmənin anderrayteri qismində “Unicapital İnvestisiya şirkəti” QSC çıxş edir.

“Ferrum Capital” MMC 2017-ci il sentyabrın 18-də Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib.

Cəmiyyətin nizamnamə kapitalı 2 min manata bərabərdir, şirkətin səhmdarları 4 fiziki və hüquqi şəxsdir. Əsas səhmdar Qafar Dəmirçidir (68 % pay). “Ferrum Capital” “AGA Group şirkətləri”nə daxildir.

2020-ci ilin sonuna “Ferrum Capital”ın aktivləri 32,8 milyon manat həcmində qiymətləndirilir. 2017-ci ildən etibarən şirkət faktorinq əməliyyatları çərşivəsində 160,8 milyon manat məbləğində vəsait təqdim edib. (Interfaks)

Resurslar

Kəşf et