Sahibkarlar üçün nağd vəsait axınının davamlılığı həyati əhəmiyyət daşıyır. Xüsusilə məhsulları kreditlə satdığınız hallarda, pul axınının təminatı birdən-birə artır. Belə vəziyyətlərdə ənənəvi həll yolları ilə yanaşı, daha sürətli və effektiv alternativlər axtarılır: bankdan kredit almaq və faktorinq xidmətindən istifadə etmək.
Kiçik biznes kreditləri ilk ağıla gələn seçim olsa da, uzun təsdiq prosesləri, çoxsaylı sənədlər və yüksək faiz dərəcələri səbəbindən həmişə ən optimal həll yolu olmur. Faktorinq və bank kreditlərini müqayisə etdikdə isə deyə bilərik ki, nağd pula təcili ehtiyac olan hallar üçün faktorinq əvəzedilməzdir.
Faktorinq nədir?
Əvvəlcə onu qeyd edək ki, faktorinq borclanmaq deyil!
Bəs faktorinq nədir? Faktorinq bizneslərin mallarını və ya xidmətlərini satdıqdan sonra alacaqlarını dərhal nağd pula çevirməsinə imkan verən maliyyə xidmətidir.
Bank kreditindən fərqli olaraq, faktorinqdə əlavə girov və ya uzunmüddətli sənəd prosesi tələb olunmur. Şirkət yalnız mövcud satışlarından yaranan alacaqlar əsasında vəsait əldə edir. Bu, həm daha çevik, həm də operativ maliyyələşmə imkanı yaradır.
Niyə faktorinq?
Çünki faktorinq şirkətə alacaqlarını tez bir zamanda pula çevirməyə, likvidliyini qorumağa və riskləri azaltmağa imkan verir. Bu, biznesin fasiləsiz fəaliyyətini təmin etməklə yanaşı, sürətli maliyyələşmə və sadə sənədləşmə kimi əlavə üstünlüklər də yaradır.
Sürətli maliyyələşmə
Faktorinq prosesi çox sürətli və asandır. Faktura təsdiqləndikdən sonra faktorinq şirkəti cəmi 48 saat ərzində vəsaiti hesabınıza köçürür. Bank kreditində isə kiçik bir məbləğ üçün belə bəzən həftələrlə gözləmək lazım gəlir ki, bu da biznes üçün vəziyyəti çətinləşdirə bilər.
Sadə sənədləşmə
Bank kreditlərində əsas məsələlərdən biri sizin kredit tarixçənizdir. Faktorinq müqaviləsi bağlamaq üçün isə kredit tarixçənizə sərt qaydalar tətbiq edilmir. Sadə sənədləşmə və Soft təhlil prosesi sizə həm vaxt qazandırır, həm də maliyyə təminatı üçün şansınızı artırır. Faktorinq şirkəti əsasən alacaqları ödəməli olan müştərinizin (debitorun) ödəmə qabiliyyətini təhlil edir.
Sahibkarlar üçün faktorinq
Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Kapital” hər zaman sahibkarların yanındadır. Biznesinizin növünə uyğun çevik həllər təklif edirik. Faktorinq xidmətindən istifadə etmək üçün sadəcə müraciət etməyiniz kifayətdir. Siz də şirkətinizin alacaqlarını "Ferrum Kapital" ilə nağd pula çevirə və xalis dövriyyə kapitalınızı artıra bilərsiniz.
