İstənilən biznes üçün nağd pul vəsaiti çox önəmlidir. Likvidlik anlayışı da məhz nağd pul vəsaiti ilə əlaqəli əsas maliyyə göstəricilərindən biridir. Likvidlik göstəricisi nə qədər yüksəkdirsə, biznesiniz də bir o qədər güvəndədir. Başqa sözlə desək, əgər nağd vəsait varsa, deməli biznesiniz “azaddır”.
Bu azadlıq sizə biznesinizi böyütmək, məhsul və xidmət çeşidini artırmaq və rəqiblərinizdən bir addım öndə olmaq imkanı yaradır.
Lakin likvidlik yalnız nağd pulla məhdudlaşmır, həm də aktiv yatırımlar, yəni likvid aktivlər bu anlayışın tərkib hissəsidir.
Likvid aktivlər və likvid olmayan aktivlər
Biznesinizi analiz edərkən əldə nağd pul vəsaiti olmasa belə, sahib olduğunuz digər yatırımlar da nağd pula çevrilə bilən aktivlər kimi qəbul edilir.
Likvid aktivlər tez bir zamanda pula çevrilə bilən varlıqlardır:
- Pul vəsaitləri;
- Alacaqlar (debitor borcları);
- İnventar.
Likvid olmayan aktivlər çevrilməsi daha uzun zaman tələb edən aktivlərdir:
- Avadanlıqlar;
- Daşınmaz əmlak.
Likvidlik anlayışı haqqında ümumi təsəvvür formalaşdıqdan sonra, onun biznes üçün niyə bu qədər vacib olduğunu daha aydın görə bilərik.
Likvidlik riski nədir?
Likvidlik riski şirkətin qısa müddətli öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər nağd vəsaitə malik olmaması ehtimalıdır.
Yəni, biznesinizdə gəlirləriniz olsa belə, əgər bu gəlirləri tez bir zamanda pula çevirə bilmirsinizsə, likvidlik riski ilə üz-üzə qala bilərsiniz. Bu riskin idarə olunması biznesin sabitliyini təmin edir və gözlənilməz maliyyə çətinliklərindən qoruyur.
Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Kapital” sahibkarlara maliyyə azadlığı qazandırır. Faktorinq xidməti sayəsində siz alacaqlarınızı nağd pula çevirərək xalis dövriyyə kapitalınızı artıra bilərsiniz. Sadəcə müraciət edin, dəyərləndirək, razılaşaq. Ferrum Kapital sizin likvidliyinizi gücləndirən etibarlı tərəfdaşınızdır.
