Ödəmə qabiliyyəti bir şirkətin maliyyə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmək bacarığıdır. Bu anlayış təkcə qısamüddətli borcların ödənilməsini deyil, həm də şirkətin uzunmüddətli maliyyə sabitliyini və ödəmə qabiliyyətliliyi əmsalını əhatə edir.
Sağlam maliyyə strukturu qurmaq və davamlı inkişaf tempini qorumaq istəyən hər bir biznes üçün ödəmə qabiliyyəti və ödəmə qabiliyyəti əmsalları həlledici göstəricilər hesab olunur.
Qısamüddətli ödəmə qabiliyyəti
Müəssisənin yaxın müddətdə öz qısamüddətli öhdəliklərini (borclarını) vaxtında ödəmə imkanını göstərən maliyyə göstəricisidir.Bu göstərici likvidlik dərəcəsini qiymətləndirir. Yəni müəssisə öz qısamüddətli aktivləri vasitəsilə qısamüddətli öhdəliklərini ödəyə bilərmi bunu ölçür.
Uzunmüddətli ödəmə qabiliyyəti
Müəssisənin uzunmüddətli perspektivdə, yəni 1 ildən artıq müddətdə öz borc və öhdəliklərini ödəmə imkanını göstərən maliyyə göstəricisidir. Bu göstərici müəssisənin maliyyə sabitliyini və kapital strukturunun dayanıqlığını qiymətləndirir. Uzunmüddətli ödəmə qabiliyyəti yüksək olan müəssisə borclarını və faizlərini gələcək dövrlərdə problemsiz ödəyə bilir.
Ödəmə qabiliyyəti aşağı olduqda nə baş verir?
Əgər bir şirkətin ödəmə qabiliyyəti və ya ödəmə qabiliyyətliliyi əmsalı aşağıdırsa, bu, onun maliyyə sabitliyinə ciddi zərbə vurur. Belə vəziyyətlərdə şirkət:
- Borcun restrukturizasiyası və ya ödəmə planını hazırlamalıdır;
- İdarəetməyə keçid və ya yenidənqurma prosesini nəzərdən keçirməlidir;
- Zəruri hallarda işçi ixtisarları və ya xərclərin azaldılması tədbirlərinə müraciət edə bilər.
Bu addımlar şirkətin ödəmə qabiliyyəti əmsallarını yüksəltməyə və maliyyə sabitliyini bərpa etməyə kömək edə bilər. Lakin bu proseslər vaxt aparır, buna görə də faktorinq xidməti kimi maliyyə alətləri burada mühüm rol oynayır.
Faktorinq Xidməti ilə Ödəmə Qabiliyyətinizi Artırın
Faktorinq xidməti, biznesin həm likvidliyini, həm də ödəmə qabiliyyətliliyi əmsalı yaxşılaşdırmaq üçün effektiv maliyyə vasitəsidir. Məsələn, siz məhsullarınızı nisyə sata, “Ferrum Kapital” faktorinq xidməti vasitəsilə həmin satışlardan nağd vəsaiti dərhal əldə edə bilərsiniz. Bu, dövriyyə kapitalınızı artırır, ödəmə qabiliyyətinizi möhkəmləndirir və maliyyə çevikliyinizi yüksəldir.
Faktorinqin əsas üstünlükləri:
Faktorinq xidməti ilə şirkətlər yalnız cari borclarını deyil, həm də gələcəkdəki maliyyə öhdəliklərini daha rahat idarə edə bilir
Faktorinq xidmətinin təmin etdiyi üstünlüklər isə bunlardır:
-
Borclu müştərilərdən asılılığın azalması;
-
Nağd axınının dərhal təmin edilməsi;
-
Likvidlik və ödəmə qabiliyyətliliyi əmsalının yaxşılaşması;
- Biznesin dayanıqlı inkişaf tempinin qorunması.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan Ferrum Kapital, sahibkarların maliyyə dayanıqlığını artırmaq, ödəmə qabiliyyətliliyi əmsalı sabit saxlamaq və dövriyyə kapitalını optimallaşdırmaq üçün peşəkar həllər təqdim edir. Əgər biznesinizin ödəmə qabiliyyəti aşağıdırsa və ya maliyyə axınında çətinlik yaşayırsınızsa, Ferrum Kapital faktorinq xidməti sizin üçün ideal seçimdir.
