29.08.2022

Faktorinq və startapların maliyyələşməsi

Startaplar üçün maliyyələşmə həyati əhəmiyyət daşıyır. Startap nədir? Onlar bazara yenilikçi həllər gətirən, sürətlə böyüyən gənc şirkətlərdir. Maliyyə kapitalı gündəlik əməliyyatları təmin etməklə yanaşı, aktivlərin və biznesə lazım olacaq digər komponentlərin vaxtında alınmasına, beləliklə də böyümənin və problemlərin sürətli həllinə kömək edir. Hər bir startap ideyası həyata keçirilmə mərhələsində maliyyə dəstəyinə ehtiyac duyur.

Bəs startaplar maliyyə vəsaitini hansı yollarla əldə edə bilərlər? Maliyyə problemi ilə qarşılaşdıqda startapların qarşısında üç əsas seçim mövcuddur:

Bank kreditləri

Bankların xüsusi kredit təklifləri kiçik bizneslər üçün geniş istifadə olunan bir metod olsa da, startapların bu kreditlərdən faydalanması asan olmur. Çünki banklar kredit ayırarkən şirkətin mövcud göstəriciləri və kredit tarixçəsi əsasında qərar verirlər. Yeni fəaliyyətə başlayan startaplar isə tələb olunan bu şərtləri nadir hallarda qarşılaya bilirlər. Çox vaxt isə  kredit, sahibkarın şəxsi əmlakını girov qoyması şərti ilə verilir. Bu isə həm maliyyə, həm də şəxsi riskləri artırır.

İnvestorlar

Digər bir seçim isə investorlardan sərmayə almaqdır. Bu, böyük startap ideyaları üçün əsas maliyyə mənbəyidir. Lakin startaplar yüksək riskli yatırım kateqoriyasına daxil olduğundan, investorlar ehtiyatlı davranır və dərhal böyük geridönüşlər gözləyirlər.

İnvestorlar bəzən pulu hissə-hissə ödəyir və biznesin gedişatında kritik qərarlara müdaxilə edirlər. Doğru anda lazım olan maliyyə təmin edilməyəndə isə startapın böyüməsi ləngiyir.

Faktorinq xidməti

Daha az bilinən, lakin effektiv bir seçim faktorinqdir. Bəzi startaplar, xüsusən də B2B (Biznesdən Biznesə) fəaliyyət göstərənlər, məhsulu satsalar da, ödənişi daha sonra (30, 60, 90) alırlar. Aradakı bu boşluq nağd vəsait axını problemlərinin başlıca səbəbidir. Bu zaman startaplar (və ya B2B bizneslər) faktorinq şirkətlərinə müştərilərinin onlara olan borclarını "sata" bilərlər. Bu zaman faktorinq şirkəti müştərinin startapa olan borcunu ödəyir və bundan sonra  müştəri borcunu artıq faktorinq şirkətinə ödəyir. Beləliklə, startap 30, 60, 90 gün və ya daha uzun müddətdə alacağı pulu dərhal alır.

Faktorinqin startaplar üçün əhəmiyyəti

Faktorinq startaplara alacaqlarını qısa müddətdə pula çevirməklə sabit nağd axını və sürətli maliyyələşmə imkanı yaradır. Bu, erkən mərhələdə fəaliyyət göstərən şirkətlərin kapital dövriyyəsini gücləndirir və böyümə potensialını artırır. Kredit tarixçəsinə ciddi tələblər qoyulmadan təqdim olunan bu xidmət, startaplara riskləri azaltmaq və strateji hədəflərinə daha tez çatmaq üçün çevik maliyyə dəstəyi verir.

Ölkənin ilk müstəqil faktorinq şirkəti olan “Ferrum Kapital” hər zaman startapların yanında olmaqla, onların bizneslərini böyütməyə və dayanıqlı inkişaf tempini saxlamağa kömək edir. Faktorinq xidmətindən istifadə etmək üçün sadəcə müraciət etməyiniz kifayətdir. Müraciət edin, dəyərləndirək, birlikdə böyüyək.

 

Maliyyələşmə startapların qarşılaşdığı ən böyük problemlərdən biridir. Bu həm startapların gündəlik əməliyyatları, həm də böyüməsi üçün həyati əhəmiyyət daşıyır.

Resurslar

Kəşf et